Dünya

FTB Trampın evində nə axtarıb?

12 Avqust 2022 08:36
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Floridadakı malikanəsində nüvə silahları ilə bağlı məxfi sənədləri axtarıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazır.

Nəşr qeyd edir ki, nüvə silahları ilə bağlı materiallar xüsusilə məxfidir, adətən hökumət rəsmilərinin məhdud dairəsi üçün əlçatandır. ABŞ Ədliyyə Departamentinin keçmiş nümayəndəsinin fikrincə, məxfi sənədlərin sızdırılması ölkənin təhlükəsizliyinə ciddi ziyan vura bilər.

Qeyd edək ki, bir neçə gün öncə FTB Trampın Floridada yerləşən "Mar-a-Laqo" malikanəsində axtarış aparmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.