Dünya

Britaniya sakinlərindən yuyunma vaxtını azaltmaq xahiş olundu

8 Avqust 2022 14:45
0 Şərh     Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalılar su qıtlığının təsirlərini azaltmaq üçün duşda keçirdikləri vaxtı ən azı bir dəqiqə azaltmalıdırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hökumət proqramı çərçivəsində krallığın hər bir sakini 2050-ci ilə qədər gündəlik su istifadəsini 25% (gündə 145 litrdən 110 litrə qədər) azaltmalıdır. Mütəxəssislərin fikrincə, 25 ildən sonra Britaniyanın öz əhalisini təmin etmək üçün gündə əlavə 4 milyard litr suya ehtiyacı olacaq.

Bu ehtiyacı nəzərə alaraq, ölkədə 1992-ci ildən bəri ilk dəfə su anbarı tikmək qərarına alınıb. Tikintinin 2029-cu ilə qədər tamamlanacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.