Dünya

Taliban və İŞİD arasında atışma: 4 terrorçu öldürüldü

4 Avqust 2022 08:34
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın paytaxtı Kabildə Taliban və İŞİD üzvləri arasında silahlı atışma baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, şəhərin Kart-e-Sahi ərazisində günorta saatlarında başlayan atışma axşama qədər davam edib.

İnsidentlə bağı açıqlama verən Taliban sözçüsü Zabiullah Mücahid İŞİD hücrəsində əməliyat təşkil edildiyini, burada 4 terrorçunun öldürüldüyünü, birinin isə yaxalandığını bildirib.

Onun sözlərinə görə, İŞİD-çilər şiələrə yönəlik hücumlar planlaşdırırmış. Mücahid əməliyyat zamanı xeyli sayda silah-sursatın da ələ keçirildiyini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.