Bəlucistanın Lasbela şəhərində baş verən daşqından xilasetmə əməliyyatlarında iştirak edən Pakistan ordusunun aviasiya helikopteri ilə əlaqə itib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarədə 6 nəfər, o cümlədən Bəlucistanda baş vermiş daşqında xilasetmə əməliyyatlarına nəzarət edən 12-ci korpus komandiri olub.
Axtarış xilasetmə əməliyyatı aparılır.
Milli.Az