İstirahət günlərində nəyə görə xəstələnirik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşləyən insanların əksəriyyəti azı bir dəfə istirahət gününün ilk saatlarında və ya bütün günü boyunca baş ağrısı, halsızlıq və güclü yorğunluq kimi hisslərlə qarşılaşıb.
Milli.Az xəbər verir ki, alimlər bu halın səbəbini araşdıraraq maraqlı nəticələr əldə ediblər.
"Asudə vaxt sindromu" nədir?
Gərgin iş rejimindən istirahət rejiminə keçid zamanı meydana çıxan bu vəziyyət mütəxəssislər tərəfindən "asudə vaxt xəstəliyi" (ing. leisure sickness) adlandırılır. Bu anlayış holland psixoloqu Dr. Ad Vingerhoets tərəfindən 2002-ci ildə irəli sürülüb. O, bu vəziyyəti adətən həftə sonları və ya uzunmüddətli tətillərdə qəfil yaranan narahatlıq, halsızlıq və bədən zəifliyi ilə əlaqələndirib.
Orqanizmin həssaslaşması
İstirahətə çıxmazdan əvvəl toplanan stress və yorğunluq immun sistemində qeyri-sabitliyə gətirib çıxarır. Gərginlik dövründə orqanizm adrenalin və kortizol hormonları hesabına özünü qoruyur. Lakin stress bitdikdən sonra bu hormonların səviyyəsi aşağı düşür və immun müdafiə zəifləyir. Nəticədə insan viruslara və infeksiyalara qarşı daha həssas hala gəlir.
Həftə sonu miqreni və gizli stress
Mütəxəssislərin fikrincə, "həftə sonu miqreni" adlanan vəziyyət xüsusilə miqren xəstələrində müşahidə olunur. Stressin bitməsi hormon balansında ani dəyişiklik yaradır və bu da miqren tutmalarını aktivləşdirə bilər. Uzunmüddətli stress immuniteti zəiflədir, lakin əlamətlər adətən insan rahatlayanda üzə çıxır.
Həyat tərzi amillərinin rolu
Tətildən əvvəl yuxusuzluq, nizamsız qidalanma və balanssız pəhriz immun sisteminə mənfi təsir göstərir. Səyahət zamanı vaxt fərqi (jet lag), susuzlaşma, yuxu çatışmazlığı və izdihamlı mühitlər yeni mikroblarla təmas ehtimalını artırır.
Özünü qorumağın yolları
Stressi azaltmaq üçün nəfəs məşqləri və rahatlama üsullarından istifadə edin.
Bayram və ya istirahət dövründən əvvəl yuxu, qidalanma və fiziki aktivliyə diqqət yetirin.
Əllərinizi mütəmadi yuyun və xəstə insanlarla yaxın təmasdan qaçın.
Səyahət zamanı bədəninizin maye ehtiyacını təmin edin.
Tətildə rejiminizi tamamilə pozmayın - yuxu və qidalanma vərdişlərini qəfil dəyişməməyə çalışın.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bu 4 əlaməti görməzdən gəlməyin
XƏBƏR LENTİ
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
-
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var





