Bütün uğurlu insanlar bunu paylaşır – psixoloq açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uğurlu insanların ortaq xüsusiyyəti təkcə istedad deyil, onların zirvəyə çatmasında çalışqanlıq, səylə çalışma və qətiyyət əsas rol oynayır.
Milli.Az xəbər verir ki, bu barədə psixoloq Anjela Dakvort "Mel Robbins" podkastında danışıb.
Dakvort bildirib ki, bütün uğurlu insanları birləşdirən əsas xüsusiyyət "israrlılıq və inadkarlıq" (ing. grit) adlanır və bu keyfiyyət hər kəs tərəfindən inkişaf etdirilə bilər.
Onun sözlərinə görə, zirvəyə çıxan insanlar uzun illər boyunca sevdikləri işə sadiq qalmağı bacarırlar. Bu xüsusiyyət iki əsas elementdən ibarətdir: ehtiras və səbrlə çalışma.
"İnadkarlığın mahiyyəti ondadır ki, pis günlərdə belə yenidən ayağa qalxa biləsən. Əgər uzunmüddətli məqsədlərinə qarşı ehtirasını inadla birləşdirirsənsə, deməli, sən uğura aparan əsas keyfiyyətə sahibsən", - deyə psixoloq vurğulayıb.
Dakvort əlavə edib ki, istedad yalnız başlanğıc nöqtəsidir. Uğur isə ardıcıl səylər, öz üzərində işləmək və motivasiyanın azaldığı anlarda da dayanmaqdan imtina etməmək nəticəsində əldə olunur.
"Əsl istedadlı insanlar yalnız bacarıqlarına arxalanmırlar - onlar həm də çalışqan və dözümlüdürlər. Bu xüsusiyyət onlara ruh düşkünlüyü və qeyri-müəyyənlik dövrlərində belə davam etmək imkanı verir", - məqalədə deyilir.
Belə insanlar heç vaxt təslim olmur, çünki gördükləri iş onlar üçün vacibdir. Uğurun sirri isə burada sevdiyin məqsədə illərlə sadiq qalmaq və inadla irəliləməkdədir.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Arda Güler yenə ən yaxşı seçildi
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
Evlərin divarına folqa sarımağa başladılar
-
Bu möcüzəni yeyənin qaraciyəri yenilənir: Suyunu içməyin
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)





