Daşqında xilasetmə əməliyyatlarında iştirak edən helikopterlə əlaqə itib

1 Avqust 2022 22:58

Bəlucistanın Lasbela şəhərində baş verən daşqından xilasetmə əməliyyatlarında iştirak edən Pakistan ordusunun aviasiya helikopteri ilə əlaqə itib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarədə 6 nəfər, o cümlədən Bəlucistanda baş vermiş daşqında xilasetmə əməliyyatlarına nəzarət edən 12-ci korpus komandiri olub.

Axtarış xilasetmə əməliyyatı aparılır.

Milli.Az