Ölkə

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - FOTO

8 Noyabr 2025 23:11
Baxış: 243
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.

Milli.Az xəbər verir ki, konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər.

44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə "Xarıbülbül" nişanı və Qələbə şüarlarları əks olunub.

Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin, günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.