Maraqlı

Bu meyvə yalnız 4 ölkədə yetişir - FOTO

8 Noyabr 2025 12:20
Baxış: 5 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ladolia zeytun ağacı dünyada yalnız İspaniya, İtaliya, Kanada və Türkiyədə yetişir. 

Milli.Az xəbər verir ki, İspaniya və İtaliyadan sonra dünyada təbii şəkildə yalnız Türkiyənin Gökçeadasında yetişən ladolia adlı nadir zeytun növü əsasən zeytun yağı istehsalında istifadə olunur.

Gökçeada bələdiyyə sədri Bülent Ecevit Atalay bildirib ki, "Gökçeada zeytunu" kimi tanınan ladolia dünyada çox az yerdə mövcuddur:

"İspaniya və İtaliyada var, bir qədər də Kanadada rast gəlinir. Türkiyədə isə yalnız Gökçeadada bitir. Kimin gətirdiyi bilinmir, çünki adada minillik ağaclar mövcuddur" .

O əlavə edib ki, adada 255 min zeytun ağacı var və yetişdirmə prosesində dərman və kimyəvi gübrədən istifadə edilmir. Bu da Gökçeada zeytun yağını daha təbii və keyfiyyətli edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.