Tərəvəzlərin üzərində qalan kimyəvi dərman qalıqlarından (pestisidlərdən) təbii yollarla qurtulmağın yeni və daha təsirli üsulu tapılıb.
Milli.Az xəbər verir ki, dəniz duzu, limon suyu, yaşıl çay və keşniş kimi təbii maddələrlə hazırlanan qarışıqlar, sirkə və karbonatdan 10 dəfə daha təsirli şəkildə pestisidləri təmizləyir və tərəvəzin təravətini qoruyur.
Son tədqiqatlar göstərir ki, təkcə su ilə yuma kifayət etmir. Amma bəzi təbii qarışıqlar, tərəvəzlərin üzərindəki kimyəvi qalıqları böyük ölçüdə azalda bilir. Bu isə sağlam qidalanmada çox önəmli addımdır.
Dəniz duzu və limon suyu qarışığı
Dəniz duzu tərəvəzin səthindəki kimyəvi qalıqları yumşaldır, limon suyu isə turşu tərkibi ilə pestisidləri parçalayır.
1 litr suya 1 xörək qaşığı dəniz duzu
Yarım limonun suyu əlavə edin
Tərəvəzləri bu qarışımda 10 dəqiqə saxlayın
Sonra bol su ilə yuyun
Yaşıl çay ilə təbii təmizləmə
Yaşıl çay güclü antioksidantları ilə pestisidləri təsirsizləşdirir və tərəvəzin qida dəyərini qoruyur.
1 litr isti suya 2 ədəd yaşıl çay paketini əlavə edin
Soyumasını gözləyin
Tərəvəzləri çay suyunda 10 dəqiqə saxlayın, sonra yuyun
Keşniş ekstraktı ilə detoks təsiri
Keşnişin təbii təmizləyici təsiri var və kimyəvi qalıqların səthdən uzaqlaşmasına kömək edir.
1 litr suya bir ovuc təzə keşniş əlavə edin
Tərəvəzləri bu suda 10 dəqiqə saxlayın
Bol su ilə yuyub istifadə edin
Himalay duzu və alma suyu qarışığı
Himalay duzu minerallarla zəngindir və qalıqları həll edir. Alma suyu isə pestisidləri parçalayır.
1 litr suya 1 xörək qaşığı Himalay duzu
Yarım stəkan təzə alma suyu əlavə edin
Tərəvəzləri 10 dəqiqə bu suda saxlayın, sonra durulayın
Bu üsullar tərəvəzləri həm daha təhlükəsiz, həm də daha təbii şəkildə istehlak etməyə imkan verir. Sağlam qidalanmanın əsas mərhələlərindən biri düzgün təmizləmədir.
Lalə Qüdrətova
Milli.Az





