Dünya

Gürcüstanda iki soydaşımız kanalizasiya quyusunda öldü

31 İyul 2022 13:52
1 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sulxan Saba küçəsində yaşayan Zaur Rüstəmova məxsus evin həyətində baş verib. Belə ki, ev sahibinin kanalizasiya quyusunun təmizlənməsi üçün çağırdığı fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib. Z.Rüstəmov ona kömək etmək üçün quyuya enib. Lakin bu zaman Z.Rüstəmovun da halı pisləşib, huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyib.

Xilasedicilər və təcili tibbi yardım briqadası gələnə kimi vəziyyətləri daha da ağırlaşan hər iki soydaşımız ölü halda aşkarlanıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.