Dünya

Ukrayna kəşfiyyatı: “Həbsxananı “vaqnerçi”lər partladıb”

29 İyul 2022 22:49
0 Şərh     Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Olenivkada ukraynalı müdafiəçilərin qətli qəsdən törədilmiş terror aktıdır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) açıqlayıb.

"Həbsxananın qəsdən dağıdılması "Vaqner" özəl hərbi şirkətinin muzdluları tərəfindən, birbaşa Yevgeni Priqojinin əmri ilə həyata keçirilib. Terror aktının əsas məqsədi ukraynalı hərbi əsirlərin saxlanması üçün ayrılan vəsaitin tam oğurlanması faktlarını gizlətməkdir. Məlumdur ki, avqustun 1-də "obyekt"ə ayrılan vəsaitin xərclənməsini və məhbusların saxlanma şəraitini yoxlamaq üçün Moskva üzrə komissiya gəlməli idi", - açıqlamada deyilir.

İdarə bildirib ki, təxribatın digər məqsədi Ukraynada sosial gərginliyi artırmaqdır:

BKİ beynəlxalq qurumlardan Olenivka hadisələri ilə bağlı sərt mövqe nümayiş etdirməyi tələb edir.

Qeyd edək ki, Y.Priqojının adı Rusiyanın "troll fabrikası" ilə yanaşı, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və digər ölkələrdə vətəndaş müharibələrində və hərbi cinayətlərdə iştirak edən qalmaqallı "Vaqner" özəl hərbi şirkətinin yaradılması ilə əlaqələndirilir.

Hazırda "Vaqner" dəstəsi Ukraynaya hərbi təcavüzdə iştirak etməklə birlikdə Rusiya ərazisində şovinist, yoxsul və ya məhkumluğu olanlar arasında qeyri-rəsmi səfərbərlik fəaliyyəti ilə də məşğul olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.