Dünya

Zelenski: “Xerson azad edilir”

24 İyul 2022 09:37
0 Şərh     Baxış: 1 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna silahlı qüvvələri Xerson vilayətində addım-addım irəliləyir və ərazini rus əsgərlərdən azad edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Dövlət başçısı Rusiya hərbçilərinin regionda mövqelərini möhkəmləndirməyə çalışdıqlarını da qeyd edib.

Prezident bildirib ki, Ukraynanın Rusiyanın hücumuna qarşı müdafiəsinin 150-ci günü artıq başa çatır.

"Və bu gün bir qədər əvvəlkilərin hamısına bənzəyir. Yenə raket zərbələri. Bir çox ərazilərdə - Donbasda, Xarkov vilayətində şiddətli döyüşlər gedir. Yenə də atəşlər. Amma bu gün qələbəmizə doğru nə qədər irəlilədiyimizi göstərir. Bu da olacaq", - dövlət başçısı deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.