Dünya

3 türk sərhədçi erməni kəndinə girdi? - Ermənilər panikada

22 İyul 2022 14:30
0 Şərh     Baxış: 1 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Araqatsavan kəndinin sakinləri yenə sərhədi pozublar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, kənd sakinləri olan "çoban"lar "təsadüfən" sərhədi pozublar və Türkiyəyə keçiblər. Türkiyə sərhədçiləri dərhal onları yaxalayıb, onların heyvanları da saxlanılıb.

Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin vasitəçiliyindən sonra əvvəlcə heyvanlar, daha sonra isə çoban kimi təqdim edilən 8 şəxs buraxılıb.

İddia edilib ki, 3 türk silahlıdır, ermənicə yaxşı danışırlar və araşdırma üçün kəndə giriblər, polislər onları axtarır.

Kənd sakinlərinə evdən çıxmamaq çağırışı edilib.

Qeyd edək ki, bu, kənd sakinlərinin Türkiyə ilə sərhədi pozmasına aid ilk fakt deyil. Ancaq maraqlıdır ki, hazırda yaxalanan 8 çoban olub.

8 çobanın bir yerdə heyvan otarması mümkün deyil. Ən böyük naxır və yaxud sürüdə 2 çobanın olması belə çox nadir haldır. Ona görə də 8 erməninin sərhədi keçməsi və guya "çoban" olduqlarını bildirməsi çox şübhəlidir.

***

Araqatsavan kənd icmasının rəhbəri yayılan məlumatı təkzib edib. O bildirib ki, nə sərhəd pozulub, nə ermənilər əsir götürülüb, nə də türklər kəndə girib.

"Türkiyə ilə sərhəddə neytral ərazi var. O ərazidə kənd təsərrüfatı ilə məşğul olanlardan biri təsadüfən tikanlı məftilə toxunub və siqnalizasiya işə düşüb. Siqnalizasiyaya görə Rusiya sərhədçiləri icmanın qapısını bağlayıblar ki, məsələni aydınlaşdırsınlar. Burdan isə panika yaranıb ki, guya türk əsgərləri kəndə girib", - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.