Dünya

"Türkiyəsiz sülh mümkün deyil" - Çavuşoğlu

17 İyul 2022 23:26
0 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyədə 15 İyul 2016-cı ildə baş verən dövlət çevirilişi cəhdindən cəmi ay yarım sonra "Fırat Qalxanı" (Suriyada - red.) əməliyyatına başladıq. Afrikadan Qafqaza, Qara dənizdən Aralıq dənizinə qədər geniş bir coğrafiyada əvvəllər olmadığımız qədər aktivləşdik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alaniyada "15 iyul - Demokratiya və Milli Birlik Günü" bayramına həsr olunmuş çıxışı zamanı deyib.

Çavuşoğlu qeyd edib ki, artıq bu coğrafiyalarda Türkiyənin iştirakı olmadan sülh və sabitlikdən danışıla bilməz: "Bunu ən son Ukrayna böhranında görürsüz. Həm müharibənin dayandırılması, həm də ərzaq böhranının aradan qaldırılması üçün ən önəmli aktor Türkiyədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.