Dünya

Somalidə terror aktı törədilib, ölənlər var

17 İyul 2022 19:59
0 Şərh     Baxış: 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Somalinin cənub ştatın Hirşabelle əyalətinin paytaxtı Couxar şəhərində otelin yaxınlığında güclü partlayış baş verib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Somalinin Milli Televiziyası məlumat yayıb.

Məlumata görə, otelin yaxınlığında minalanmış avtomobil partladılıb, terrorçu ölüb.

"Somali Guardian" xəbər portalının məlumatına görə, ölənlərin sayı bir neçə onlarla ola bilər. "Goobjoog News" portalı mehmanxana binasında olan üç əyalət hökuməti nazirinin yaralandığını bildirib.

Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Ştat hakimiyyəti artıq hücuma görə "Aş-Şabab" qruplaşmasını günahlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.