Dünya

83 yaşlı təqaüdçü nəvəsini öldürüb

14 İyul 2022 17:45
1 Şərh     Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Vladimir şəhər məhkəməsi 38 yaşlı nəvəsini öldürməkdə təqsirləndirilən 83 yaşlı yerli sakini həbs edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Təqaüdçü barəsində cinayət işi başlanıb. İstintaqın məlumatına görə, iyulun 9-da axşam saatlarında qohumlar bağ ərazisində istirahət ediblər. Spirtli içkidən sərxoş olan baba ilə nəvə bir-birlərinə köhnə incikliklərini xatırlayaraq mübahisə etməyə başlayıblar. Bundan sonra təqaüdçü bıçağı götürərək qohumunun sinəsinə vurub və o, aldığı yaradan yerindəcə dünyasını dəyişib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.