Rusiyada Çuvaşiyada 82 yaşlı kişi bir gün ağrılara dözərək özünü kliniki ölüm vəziyyətinə gətirib.
Milli.Az bildirir ki, bu barədə çərşənbə axşamı, iyulun 12-də Respublika Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə Çeboksarıda baş verib. Yaşlı yerli sakin iyulun 5-də günortadan sonra döş qəfəsində ağrılar hiss etsə də, ancaq səhəri gün səhər saat 5-də ağrıları kəskinləşəndən və nəfəs almaqda çətinlik çəkəndə təcili yardım çağırıb. Məlum olub ki, rusiyalı infarkt keçirib.
Təcili yardım ilk saatlarda çağırılmadığından xəstənin vəziyyəti xeyli pisləşib - kişi kliniki olaraq ölüb. Hadisə yerinə gələn həkimlər onu reanimasiya edə bilib və xəstəxanaya çatdırıblar.
İrfan Vəliyev
Milli.Az