Dünya

Almaniya Rusiya neftindən imtina edəcəyi tarixi açıqlayıb

13 İyul 2022 17:07
0 Şərh     Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya avqustun 1-dən etibarən Rusiya kömürünün alınmasını tamamilə dayandıracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın maliyyə nazirinin müavini Yorq Kukis Avstraliyanın paytaxtı Sidneydə keçirilən mətbuat konfransında deyib.

Kukisin digər açıqlaması isə Rusiya nefti ilə əlaqədar olub.

Yorq Kukis bəyan edib ki, Almaniya dekabrın 31-dən etibarən Rusiya neftindən də imtina edəcək.

"Ölkəmiz indi qaz çatışmazlığını aradan qaldırmaq üçün alternativ qaz təchizatçıları axtaracaq", - deyə Almaniyanın maliyyə nazirinin müavini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.