Dünya

"Qanuni oğru"nu oteldə döydülər: Görün kimdir - FOTO

12 İyul 2022 21:32
0 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

49 yaşlı "qanuni oğru" Georgi Canelidze (Qoqi Piterski) Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalıb.

Hadisə İstanbulun "Kumburqaz Marin Princess" otelində baş verib. Orada başqa bir kriminal avtoritet Nuqzar Torçinava (Torçik) ilə istirahət edərkən baş verərkən.

"Qanuni oğru"ya hücum edən şəxslər maskada olublar. Onlar Torçiklə də kobud rəftar ediblər. Lakin Qoqi Piterskiyə münasibətdə daha kobud olduqları üçün hədəfin məhz o, olduğu aydın olub. Olayın səbəbi bəlli deyil. Naməlum şəxslər də hücumun səbəbi barədə danışmayıblar. Halbuki kriminal qaydalara göə cəzalandırılan şəxsə bunun səbəbi izah edilməlidir.

Bununla belə, ehtimal olunur ki, Qoqi Piterskiyə hücumun səbəbi onun konfliktdə olduğu "qanuni oğru" Quram Çixladze (Kvejoviç) ilə barışmasıdır.  Onun bu addımı "Kardava-Mzarelua" minqrel klanının qəzəbinə səbəb olub. Qoqi Piterski bundan əvvəl də hücuma məruz qalıb. Baxmayaraq ki, onun şəxsi düşməni yoxdur. Oğru dünyası barədə məlumatlı olan şəxslərin sözlərinə görə, Qoqi populyar olmayan kriminalitetlərlə dostluğunun qurbanı olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.