Dünya

Məşhur iranlı rejissor polis zorakılığına etiraz etdiyi üçün həbs edildi

10 İyul 2022 12:37
0 Şərh     Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirən məşhur rejissor, 70-ci Kann Beynəlxalq Film Festivalının "Xüsusi baxış" mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd polis tərəfindən həbs ediliblər.

Qeyd olunub ki, Məhəmməd Rəsulof bir il müddətinə həbs cəzası alıb.

Rejissorun nümayəndəsi qeyd edib ki, Rəsulof təkadamlıq kamerada saxlanılır.

O, həmçinin adətən iranlı siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasında dindirilir.

"IRNA" xəbər agentliyinin məlumatına görə, rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Rəsulof və Əl-Əhməd polis zorakılığına qarşı petisiya başladıblar və bu petisiya İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.