Dünya

Quşla toqquşan təyyarədə təhlükəli anlar

7 İyul 2022 20:57
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uçuş zamanı quşla toqquşan Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin təyyarəsi hava limanına qayıdıb, amma bundan əvvəl səmada bir neçə dövrə vurub.

Milli.Az bildirir ki, bu barədə "Aviatorşina" Telegram kanalı məlumat yayıb.

Moskvadan Tacikistanın Xucəndinə uçan təyyarə havaya qalxandan dərhal sonra quşla toqquşub. Ön şüşəsi çatladığından təyyarə komandiri Domodedovoya qayıtmaq qərarına gəlib. "FlightRadar" xidmətinin verdiyi məlumata görə, eniş etməzdən əvvəl təyyarə daha üç saat səmada dövr edib.

Aviaşirkətin nümayəndələrinin sözlərinə görə, reqlamentə və təhlükəsizlik tədbirlərinə əsasən, təyyarə sonrakı uçuşu həyata keçirə bilməyib. Eniş uğurlu olub, sərnişinlər başqa reyslə təyinat yerlərinə gediblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.