Dünya

Polis məmuru anasını döyüb - Mənzilə görə

7 İyul 2022 20:17
0 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada İrkutskda polis oğulları ilə birlikdə anasını oğurlayıb, sonra işgəncə verib ki, qadın ona mənzilini vəsiyyət etsin.

Milli.Az bildirir ki, bu barədə "Babr Mash" Telegram kanalı məlumat yayıb.

Kişilər təqaüdçü Larisa Qulyakinanı nəvəsi Aleksandrla aptekdən qayıdarkən tutublar - oğlu Yuri və nəvələri qadını maşına sürükləyiblər, Aleksandr buna mane ola bilməyib. Bu zaman yaşlı qadının gəlini Natalya oğluna mənzilin sənədlərini verməsini tələb edib. Tezliklə qadını evə aparıblar, orada başına vurub, saçlarından dartıblar.

Gülyakinanın nəvəsi bildirib ki, təqaüdçünün bədənində sıyrıqlar və göyərmələr əmələ gəlib. Hadisədən sonra onlar polisə ərizə yazıb və prokurorluğa müraciət ediblər. Hazırda hüquq-mühafizə orqanları iş açmasa da, baş verənləri araşdırır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.