Dünya

"Onları rədd edirəm" - Conson

6 İyul 2022 22:06
0 Şərh     Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson hökumətinin düşdüyü kəskin siyasi böhrana son qoymaq üçün erkən seçkilər təyin etməyəcəyinə söz verib.

Milli.Az "report"a istinadən xəbər verir ki, o, bu barədə Britaniya parlamentinin İcmalar Palatasının əlaqələndirmə komitəsinin suallarını cavablandırarkən bildirib.

"Mən qətiyyən seçkilərə ehtiyac görmürəm. Təbii ki, onları rədd edirəm, ümumi seçkinin keçirilməli olduğu ən yaxın tarix 2024-cü ildir", - Conson deyib.

Böyük Britaniyanın Baş naziri istənilən vaxt növbədənkənar seçkilər təyin etmək hüququna malikdir. Qalib gəldiyi təqdirdə hökumətin başında yenidən beş illik müddətə - növbəti seçkiyə qədər səlahiyyət əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.