Dünya

Yaş salfetlərdən ibarət “ada” Temza çayının axarını dəyişib

4 İyul 2022 16:22
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstifadə olunmuş yaş salfetlərdən ibarət süni ada sayəsində Temza çayının axarı bir qədər dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ada iki tennis meydançası ölçüsündədir və bəzi yerlərdə onun qalınlığı bir metrə çatır.

Böyük Britaniya hakimiyyəti dəfələrlə sakinləri nəm salfetlərdən imtina etməyə çağırıb və hətta onları qadağan etmək istəyib.

İnsanlar bu gigiyena məhsulunu kanalizasiyaya atır. Lakin nəm salfetlər suda ərimir və sonda Temzada toplanır.

Ekoloqlar deyirlər ki, nəm salfetlər təkcə çayın özünə deyil, bütün su ekosisteminə zərər verir. Belə ki, onların tərkibində çoxlu plastik var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.