Dünya

“Fort Boyard” 3D pələnglərdən istifadə edəcək

29 İyun 2022 20:07
0 Şərh     Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1990-cı ildən Fransa televiziya ekranlarında yayımlanan "Fort Boyard" televiziya oyununda gələn mövsümdən etibarən xəzinəni qoruyan əsl pələnglər olmayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fransanın "Fort Boyard" televiziya oyununun yaradıcıları iyulun 2-də "France 2"də başlayacaq şounun növbəti mövsümündən etibarən qalanın xəzinəsini qoruyan canlı pələnglərdən imtina edərək onları 3D modellərlə əvəz etmək qərarına gəliblər.

Bu barədə "Huffington Post" məlumat verib.

"Adventure Line Productions" prodüser şirkəti hələ fevral ayında şouda görünən ən son pələnglər olan Kəşmir və Toskanın heyvanların rifahı ilə bağlı narahat olan tamaşaçıların narazılığı səbəbilə artıq oyunda iştirak etməyəcəyini açıqlamışdı. Prodüserlərin bildirdiyinə görə, pələnglər yetişdiriciyə təhvil verilib və o, heyvanlar təbii şəkildə ölənə qədər onlara qulluq edəcək.

Canlı pələnglər "təqaüdə çıxsalar da", televiziya oyununun yaradıcıları onun simvolundan əl çəkmək istəməyiblər və heyvanlar kompüter animasiyası ilə əvəz olunub.

Prodüser Qayom Rameynin sözlərinə görə, təşkilatçılar əvvəlcə yırtıcıların arxiv görüntülərindən istifadə variantını nəzərdən keçiriblər, lakin "tamaşaçılar heyvanların getdiyini bildikləri üçün bunun onlara qəribə gələcəyini" düşünərək bu ideyadan imtina ediblər. Sonda təşkilatçılar qalanın xəzinəsindəki pələng heykəllərini "Notr Dam Donqarı"ndakı qarqoyllar və ya "Fantastik heyvanlar"dakı canlılar kimi "canlandırmaq" qərarına gəliblər.

Layihə 3D effektləri üzrə ixtisaslaşan Fransanın "Seed Factory" studiyası tərəfindən dörd ay müddətində hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.