Dünya

Qətər şeyxi şahzadəyə çamadan dolu pullar verib

26 İyun 2022 14:52
0 Şərh     Baxış: 1 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Çarlz 2011-2015-ci illər arasında Qətərin baş naziri olmuş Şeyx Həməd bin Casim bin Cabir Əl Tani iki dəfə külli miqdarda nağd pul alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Deyli Meil" nəşri yazıb.

Ümumilikdə, Uels şahzadəsinə 3 milyon avro nağd pul verilib. Pulun 1 milyon avrosunu Şeyx özü çamadanda və 820 min funt sterlinqini səyahət çantalarında təhvil verib.

Nağd pullar Çarlzın "Coutts" bankındakı hesabına yönləndirilib. Daha sonra həmin pullar Şahzadə Çarlzın Xeyriyyə Fondunun hesabına yönləndirilib.

Şeyx Həməd bin Casim bin Cabir Əl Tani Britaniya kral ailəsinin yaxın dostu hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.