Dünya

Konsert zamanı pərəstişkarı müğənniyə hücum edib - VİDEO

25 İyun 2022 14:19
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yekaterinburqda "Musiqi gecəsi" konserti zamanı pərəstişkarı rus estrada müğənnisi MakSimə hücum edib.

Milli.Az bildirir ki, videonu Shot Telegram kanalı yayıb.

Mətbuatın yazdığına görə, sənətçi ilk üç treki ifa etməyi bacarıb. "Cənnətim" mahnısı zamanı pərəstişkarı MakSimi qucaqlamaq üçün səhnəyə çıxıb. Mühafizəçi dərhal onun arxasınca qaçsa da, qadın ifaçının əlindən tutub özünə tərəf çəkib. Nəticədə müğənni yıxılıb.

Kadrlarda sənətçinin ifanı necə kəsdiyi və əlini necə yoxlaması əks olunub. Mühafizəçilər bu zaman pərəstişkarını səhnədən çıxarır və müğənni ifasını davam etdirir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.