Dünya

Ukraynada müharibə başlayandan bu qədər uşaq ölüb

18 İyun 2022 13:00
0 Şərh     Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada 906 uşaq Rusiyanın silahlı təcavüzünün qurbanına çevrilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən iyunun 18-dək 323 uşaq qətlə yetirilib, 583 uşaq yaralanıb.

Əlavə olunub ki, bu, yekun göstərici deyil və döyüşlərin davam etdiyi, müvəqqəti işğalda olan və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.

Ən çox itkilər Donetsk (301), Xarkov (170), Kiyev (116), Çerniqov (68), Luqansk (54) və Xerson (52) regionlarında qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.