Milli.Az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Almaniyanın "dpa" nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqların tərəfdarı olduğunu bildirib.
"Putinlə mütləq danışmaq lazımdır", - o qeyd edib.
Şoltsun fikrincə, danışıqlar "anlaşıqlı və aydın" olmalıdır. Almaniya kansleri bəzi ölkələrin və bəzi liderlərin Rusiya prezidenti ilə danışmasını zəruri hesab edir.
Aslan Məmmədov
Milli.Az