"Birbaşa Putinlə danışmaq lazımdır"

18 İyun 2022 18:37

Milli.Az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Almaniyanın "dpa" nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqların tərəfdarı olduğunu bildirib.

"Putinlə mütləq danışmaq lazımdır", - o qeyd edib.

Şoltsun ​​fikrincə, danışıqlar "anlaşıqlı və aydın" olmalıdır. Almaniya kansleri bəzi ölkələrin və bəzi liderlərin Rusiya prezidenti ilə danışmasını zəruri hesab edir.

Aslan Məmmədov
Milli.Az