Dünya

FES-in iclasından sonra qızıl bahalaşdı

16 İyun 2022 11:22
0 Şərh     Baxış: 1 239
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının nəticələrinin açıqlanması və tənzimləyicinin inflyasiya proqnozunu artırmasından sonra cümə axşamı səhər bahalaşıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 12,9 dollar və ya 0,71% bahalaşaraq 1 unsiyası üçün 1 832,5 dollar təşkil edib. Gümüşün iyul fyuçersləri isə 1,01% artaraq 1 unsiyası üçün 21,673 dollar olub.

Xatırladaq ki, ötən gün FES-in iki günlük iclası başa çatıb. Martda tənzimləyici qurum cari il üçün inflyasiya proqnozunu 4,3%-dən 5,2%-ə yüksəldib. May ayının nəticələrinə görə, ABŞ-da illik inflyasiya 1981-ci ildən bəri rekord səviyyəyə çataraq 8,6% təşkil edib.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması qızılın bahalaşmasına, dolların isə zəifləməsinə səbəb olur. Bu, qızılı satınalmalar üçün daha çox əlçatan edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.