Dünya

İtaliya şəhərlərində ən yüksək təhlükə səviyyəsi elan edildi

5 İyun 2022 16:37
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Səhiyyə Nazirliyi, Afrika antisiklonuna görə bazar günü gözlənilən yüksək hava hərarəti səbəbindən ölkənin beş şəhərində, o cümlədən də paytaxt Romada qırmızı təhlükə səviyyəsi elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq bildiriş şənbə günü nazirliyin saytında yerləşdirilib.

Romayla yanaşı, analoji xəbərdarlıq Kampobasso, Peruca, Rieti və Frozinoneyə də şamil edilib.

Bəzi bölgələr üçünsə narıncı təhlükə səviyyəsi açıqlanıb.

Sinoptiklər xəbərdarlıq edirlər ki, Siciliyanın bəzi yerlərində 42 dərəcəyə qədər temperatur gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.