Dünya

Dünyada yeni virus yayılır - “Pomidor qripi”

3 İyun 2022 12:07
6 Şərh     Baxış: 4 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda "pomidor qripi" adlandırılan yeni təhlükəli infeksiya yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkənin Kerala ştatında sözügedən infeksiyaya artıq 80-dən çox yoluxma qeydə alınıb.

Bu virusa əsas olaraq 5 yaşına qədər uşaqlar yoluxur. "Pomidor qripi" bütün bədəndə səpkilərə səbəb olur və səpkilər dairəvi və qırmızı forma alır. Dəridə yaranan qabarcıqların böyüklüyü və rənginə görə bu infeksiya "pomidor qripi" adlandırılır.

Xəstəliyin simptomları sırasında isə qızdırma, ürəkbulanma, qusma, diareya və oynaq ağrıları var. Bu virusdan hələ ki ölüm halı qeydə alınmayıb.

Alimlər qeyd edib ki, "pomidor qripi" meymunçiçəyinin simptomlarını xatırladır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory