Dünya

Britaniya Ukraynaya M270 raket sistemləri göndərəcək

2 İyun 2022 14:30
1 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya Ukraynaya M270 MLRS raket sistemləri göndərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uollas bildirib.

Onun sözlərinə görə, Britaniya Ukraynaya Rusiyaya qarşı özünü müdafiə etməsi üçün 80 kilometr məsafədə hədəfləri vura bilən M270 MLRS raket sistemləri göndərəcək.

Qeyd edib ki, bu raket sistemləri Ukraynanın özünümüdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

M270 sisteminin Ukraynaya göndərilməsi ilə bağlı qərarın ABŞ-ın HIMARS raket sistemləri göndərilməsi qərarı ilə koordinasiyalı qəbul edildiyi bildirilib.

Böyük Britaniya hökumətinin məlumatına görə Ukrayna hərbçilərinə raket sistemlərinin istifadəsi ilə bağlı Birləşmiş Krallıqda təlim keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.