Dünya

Sumı rayonunda gərgin gecə: iki hava hücumu...

30 May 2022 10:52
0 Şərh     Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumı rayonu ərazisində saat 00:00-dan 08:00-dək düşmən sərhədyanı ərazilərə 4 dəfə hücum edib.

Milli.Az bildirir ki, bu haqda Sumı Regional Dövlət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski Telegram-da məlumat yayıb.

Onun sözlərinə görə, gecə saatlarında ruslar Rusiya Federasiyası ərazisindən Sumı vilayətinin Xotin icmasına raketlərlə iki hava zərbəsi endirib, Rusiya ərazisindən reaktiv yaylım atəşi sistemindən altı atış həyata keçirib.

Həmçinin Sumı vilayətinin Belopol icmasının ərazisindən özüyeriyən artilleriya qurğusundan 10-a yaxın atəş açılıb. Atəş Rusiya ərazisindən açılıb.

Rusiya Federasiyası ərazisindən Şostkinski rayonunun Seredino-Budskaya icmasının ərazilərində təxminən 8 minaatan atışı qeydə alınıb.

İlkin məlumatlara görə, tələfat yoxdur, dağıntılar dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.