Dünya

NASA Marsın yaxın məsafədən yeni şəkillərini yayımlayıb - FOTO

28 May 2022 13:30
1 Şərh     Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Perseverance" roveri Marsın səthindən Yerə yeni şəkillər göndərib. Yaxından çəkilmiş fotoşəkillərdə Mars torpağı - qayalar və qırmızımtıl qum görünür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəkillər missiyanın "Twitter" səhifəsində yerləşdirilib.

Bildirilir ki, rover hələ də deltanın ətəyindədir və nümunələr götürülməsi üçün keyfiyyətli süxurlar olan ərazilər axtarır.

Xatırladaq ki, aprelin sonunda "Perseverance" roveri rəsmi olaraq "Delta Front" kampaniyasını işə salmışdı ki, bu müddət ərzində alimlər Marsda həyatın izlərini tapmağa çalışacaqdılar.

Növbəti missiyada NASA Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq edərək Mars səthindən bu nümunələrin götürülməsi və analiz üçün Yerə gətirilməsi məqsədilə Marsa kosmik gəmi göndərməyi planlaşdırır.

Xatırladaq ki, "Perseverance" roveri xüsusi mikrofonlar sayəsində 5 saatlıq Mars küləyini, Qırmızı Planetin çınqıl səthində təkərlərin xırıltısını və mühərriklərin səslərini qeydə alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.