Dünya

Şolts ərzaq böhranında Putini ittiham edib

27 May 2022 20:30
0 Şərh     Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxınlaşan ərzaq böhranı ilə bağlı "Putinin narrativi"nə irad tutmaq lazımdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniya Kansleri Olaf Şolts Ştutqart şəhərində Alman Katolik Konfransında deyib.

"O, bunun üçün bir ifadə tapıb. Putin həmişə bizdən qlobal Qərb olaraq bəhs edir", - Şolts bildirib.

Almaniya Kansleri qeyd edib ki, ərzaq böhranına səbəb Ukraynada davam edən müharibədir:

"Onun qızışdırdığı müharibənin səbəb olduğu ərzaq böhranına görə Putin Ukraynanın yanında dayananları günahlandırmağa çalışır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.