Dünya

BMT TŞ Talibana qadınlarla bağlı çağırış edib

25 May 2022 08:27
0 Şərh     Baxış: 600
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

BMT Təhlükəsizlik Şurası Taliban hərəkatı tərəfindən Əfqanıstanda qadın və qızların hüquqlarına son məhdudiyyətlər qoyulmasından narahatlığını bildirib və ölkənin yeni hakimiyyət orqanlarını öz siyasətinə yenidən baxmağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən Əfqanıstanda insan hüquqlarının, qadın və qızların fundamental azadlıqlarının artan pozulması, o cümlədən təhsil, iş, hərəkət azadlığı, qadınların ictimai həyatda iştirakına məhdudiyyətlər qoyulmasından dərin narahatlığını ifadə edir.

"Təhlükəsizlik Şurası Talibanın bütün qadınların ictimai yerlərdə, o cümlədən televiziyada üzlərini örtməli və yalnız zəruri hallarda evi tərk etməli olduqları barədə bəyanatından dərin narahatdır", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.