Dünya

Rusiya hərbçiləri məktəbi atəşə tutdu: 3 ölü

20 May 2022 16:30
3 Şərh     Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbçilərinin Severodonetskdə məktəbi atəşə tutması nəticəsində azı 3 nəfər həlak olub.

Milli.Az bildirir ki, bu haqda Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.

"Səhər artilleriyadan ruslar insanların sığındığı Severodonetsk məktəbini atəşə tutdular. 200-dən çox insan, çoxlu uşaq. Üç böyük hadisə yerində öldü", - o yazıb.

Luqansk vilayətinin polisi insanları başqa sığınacağa daşımağa çalışır.

Qayday hələ də şəhərdə qalan hər kəsi sığınacaqları tərk etməməyə çağırıb.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.