İsveç mayın 17-də NATO-ya qəbul üçün ərizə təqdim edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Svenska Dagbladet" qəzeti məlumat yayıb.
Ancaq bazar ertəsi İsveç parlamentində aparılacaq müzakirələrin hökumətin mayın 17-də NATO-ya ərizə təqdim etməsi prosesini uzada biləcəyi də istisna olunmur.
Qeyd edək ki, bundan əvvəl Finlandiya xarici işlər naziri Pekka Xaavisto ölkəsinin mayın 18-də NATO-ya qəbul üçün ərizə təqdim edəcəyini açıqlayıb.
Milli.Az