Dünya

Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO

13 May 2022 19:18
1 Şərh     Baxış: 856

Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalı qız möcüzəvi şəkildə sağ qalıb. O, Nikolayev şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması zamanı yaralanmışdı. Bombardman başlayan zaman ana Nina Vavrinyuk qızı Sofiyanı öz bədəni ilə örtsə də, sursatın fraqmentləri uşağın başına dəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Hər şey bitəndə bacım başını qaldırdı və qəfildən qışqırdı: "Bu nədir?" Sofiyanın başından çeşmə kimi qan axırdı. Hamımız vahimə içində, şokdaydıq. Qanı dayandırmaq üçün əlimlə onun başını tutdum", - deyə qadın baş verən dəhşəti xatırlayır.

Xoşbəxtlikdən, xəstəxana çox yaxınlıqda olub. Sofiya dərhal xəstəxanaya çatdırılıb. Uşaq iki gün komada qaldıqdan sonra ayılıb, buradan isə Lvova təxliyə edilib və orada əməliyyat olunub.

Həkimlər onun beynindən qəlpəni çıxarıblar, kəllə sümüyünün zədələnmiş hissəsi isə titan lövhə ilə örtülüb. Gələcəkdə Sofiyanı uzun bir reabilitasiya gözləyir.

Hazırda uşaq yenidən hərəkət etməyi öyrənir və danışmağa başlayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mən · 13 May 22:5420

    Yazıq uşaqlar,günahsız insanlar,canlılar(((((((((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics