Dünya

BMT İnsan Hüquqları Şurası Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

9 May 2022 18:29
0 Şərh     Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin İnsan Hüquqları Şurası mayın 12-də Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Kiyevin təşəbbüsü ilə iclasın keçirilməsi Şuraya üzv olan 47 ölkədən 16-sı tərəfindən dəstəklənib. Bundan əlavə, Şuranın üzvü olmayan daha 36 ölkə növbədənkənar sessiyanın çağırılmasının lehinə çıxış edib.

Növbədənkənar sessiyada Rusiyanın apardığı müharibədən sonra Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə olunacaq.

Aprelin 7-də BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası zamanı Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünü dayandırmaq üçün qətnamə qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.