Dünya

Əhali sayına görə Çini geridə qoyan Hindistanda doğum nisbəti kəskin azaldı

10 May 2022 03:22
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda Analar Günündə açıqlanan milli ailə sağlamlığı araşdırmasına görə, ölkədə doğum nisbəti kəskin şəkildə aşağı düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beş il əvvəl açıqlanan məlumatlarla müqayisədə, rəqəm 2,2-dən 2-dək azalıb. Halbuki, 1950-1960-cı illərdə hər bir hindistanlı qadına təxminən altı doğum düşüb.

Qeyd edək ki, 1970-ci ildən Hindistanda "İki nəfərə iki uşaq" adlı doğuşa nəzarət proqramı fəaliyyət göstərir. Bununla belə, ölkədə əhalinin aylıq artımı təxminən 1 milyon nəfər təşkil edir.

Məhz bu səbəbdən də Hindistan hökuməti doğum nisbətini azaltmaq və ya məhdudlaşdırmaq üçün proqramları ləğv etmək niyyətində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.