Dünya

Çinin işğala başlaması realdır: ABŞ hazırlaşır

8 May 2022 16:30
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ rəsmiləri gizli şəkildə Tayvana təzyiq edirlər ki, yalnız Vaşinqtonun mümkün Çin işğalına qarşı təsirli hesab etdiyi silah sistemlərini sifariş etsin.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri ABŞ və Tayvan rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ukrayna ətrafında baş verənlər Vaşinqton və Taypeyi yaxın illərdə Çinin işğal planına inandırıb. Bundan əlavə, müttəfiqlər belə qənaətə gəliblər ki, az, lakin düzgün silah və strategiya ilə ordu daha böyük düşməni dəf etməyə qadirdir.

Qeyd olunub ki, bu gün ABŞ administrasiyası Tayvan ordusunun işğala qarşı müdafiə imkanlarını yaxından araşdırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.