Dünya

Polşa Belarusla sərhədin 60 km-nə hasar tikdi

8 May 2022 10:37
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa qonşu Belarusla sərhədboyu divarın 60 kilometrlik hissəsinin tikintisini başa çatdırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilib ki, daimi baryerlərin tikintisi bu ilin iyun ayında başa çatmalıdır.

Polşa və Belarus arasında sərhəd xəttinin ümumi uzunluğu 418 kilometrdir və onun 186 kilometrlik hissəsi quru sərhədidir. Sərhədin digər hissəsi isə Visla və Buq çayları vasitəsilə təbii baryerdən təşkil olunur. Quru sərhəddə tikilən hasar indiyədək mövcud olan və hündürlüyü 2,5 metrə çatan tikanlı məftillərdən ibarət baryerləri əvəz edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.