Dünya

Xarkova da raket zərbəsi endirildi

7 May 2022 13:52
0 Şərh     Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 7-də səhər saatlarında Rusiya Xarkov vilayətində Krasnoqrad şəhərini raketlərlə atəşə tutub. İlkin məlumatlara görə, zərbə nəticəsində ölən və yaralanan yoxdur.

Milli.Az bildirir ki, bu barədə Xarkov regional hərbi idarəsi məlumat yayıb.

"Krasnoqrad icmasının kritik infrastruktur obyekti düşmən tərəfindən atəşə tutulub. İlkin məlumatlara görə, Rusiya səhər saat 8-dən sonra 2 zərbə endirib. Atəş nəticəsində ətrafdakı binalar və avtomobillər zədələnib", - idarə bildirib.

Əhali arasında itki olmayıb. Atəşlə bağlı məlumatlar dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.