Dünya

Ukraynaya uzaqmənzilli silahlar verilə bilər - Conson və Zelenski bunu müzakirə etdi

5 May 2022 20:48
0 Şərh     Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə iki siyasətçi arasında telefon danışığından sonra Böyük Britaniya hökuməti başçısı ofisinin yaydığı məlumatda deyilir.

"Liderlər döyüş meydanında baş verənləri və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını, o cümlədən dinc əhalinin bombalanmasının qarşısını almaq üçün daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər", - kommünikedə deyilir.

Conson və Zelenski, həmçinin günahkarların məcburi qaydada məsuliyyətə cəlb edilməsi ilə Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.