Dünya

Ukraynadan qonşu ölkələrə 5,7 milyondan çox qaçqın gəlib

5 May 2022 18:42
0 Şərh     Baxış: 601
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri qonşu ölkələrə Ukraynadan 5,7 milyondan çox qaçqın gəlib, son sutka ərzində onların sayı 50 mindən çox artıb.

Milli.Az TASS-a istinadən bildirir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi bildirib.

İdarənin saytında yerləşdirilmiş məlumata görə, fevralın 24-dən mayın 4-dək Ukraynanı tərk edənlərin sayı 5 milyon 707 min 967 nəfərə çatıb. Son sutka ərzində 50 min 782 qaçqın qonşu dövlətlərin sərhədlərini keçib. BMT QAK-ın məlumatına görə, göstərilən müddət ərzində Rusiyaya 714 713, Polşaya 3 119 196, Rumıniyaya 854 292, Macarıstana 545 311 qaçqın gəlib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.