Dünya

Putinin "Qiyamət təyyarəsi" səmada dövrələr vurur - VİDEO

4 May 2022 12:26
0 Şərh     Baxış: 4 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddiaların müzakirə edildiyi bir vaxtda "Qiyamət təyyarəsi" adlandırılan "İlyuhsin il-80" Moskva səmalarında görünüb.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" portalı məlumat yayıb. Bildirilir ki, təyyarə Moskva səmalarında dövrə vurub. Moskvadan isə bildirilib ki, təyyarə Zəfər günündəki uçuşlara qatılacağı üçün təlim məqsədilə havaya qalxıb. Qeyd edək ki, İlyuhsin il-80" təyyarəsi sonuncu dəfə 12 il əvvəl səmada görünüb. Bildirilir ki, təyyarə nüvə hücumu zamanı ölkəni idarə etmək üçün nəzərdə tutulub. Kremldəki idarəetmə sistemini əvəz edə bilən laynerin yalnız pilot kabinəsinin şüşələrinin olması diqqət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.